Azərbaycanın tranzit əhəmiyyəti artır: Ağrı dağı ətrafı yollar... - EKSPERT

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Ağrı dağı ətrafından keçən beynəlxalq avtomobil yollarının regionun geosiyasi və logistika baxımından strateji əhəmiyyətini daha da artırdığını bildirib.
Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, Ağrı dağı ətrafı yalnız coğrafi baxımdan deyil, həm də Avropa, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında mühüm tranzit və logistika qovşaqlarından biri hesab olunur. Bu ərazidən keçən beynəlxalq magistrallar regionun nəqliyyat potensialını formalaşdıran əsas marşrutlar sırasında yer alır.

Rauf Ağamirzəyev qeyd edib ki, həmin marşrutlardan biri E80 Avropa magistralıdır. Bu beynəlxalq yol Portuqaliyanın paytaxtı Lissabon şəhərindən başlayaraq Türkiyənin İran sərhədində yerləşən Gürbulak sərhəd-keçid məntəqəsinə qədər uzanır. Təxminən 6100 kilometr uzunluğa malik olan magistral 10 ölkəni birləşdirir. Bildirilir ki, marşrutun şərq hissəsi Asiya magistral şəbəkəsinin əsas xətlərindən biri olan "Asian Highway" 1 ilə inteqrasiya olunaraq nəqliyyat bağlantısını Yaponiyanın paytaxtı Tokio şəhərinə qədər genişləndirir.
Region üçün mühüm əhəmiyyət daşıyan digər marşrut isə E99 avtomobil yoludur. Bu magistral Azərbaycanın Sədərək rayonunun Dəmirçi kəndindən başlayaraq Türkiyənin Akçakale qəsəbəsinə, yəni Türkiyə–Suriya sərhədinə qədər davam edir. Təxminən 856 kilometr uzunluğunda olan yol Azərbaycanı Türkiyə üzərindən Yaxın Şərq istiqamətinə bağlayan əsas avtomobil dəhlizlərindən biri hesab edilir.

İranın 12-ci magistral yolunun da regionun tranzit imkanlarında xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu strateji magistral İranın şimalında, Araz çayı boyunca uzanır və Türkiyə sərhədində yerləşən Bazargan şəhərindən başlayaraq Azərbaycan sərhədindəki Biləsuvar şəhərinə qədər davam edir. Təxminən 512 kilometr uzunluğunda olan yol Naxçıvan, Azərbaycan və Ermənistan sərhədləri boyunca keçərək regionun əsas yük və tranzit xətlərindən biri kimi qiymətləndirilir.
Ekspert hesab edir ki, qeyd olunan beynəlxalq magistrallar Ağrı dağı ətrafını Avropa–Qafqaz–Yaxın Şərq xəttində strateji logistika mərkəzinə çevirir. Onun fikrincə, bu marşrutların inkişafı region ölkələri arasında ticarət dövriyyəsinin, yükdaşımaların və iqtisadi inteqrasiyanın genişlənməsinə də mühüm töhfə verir.
Eltac Zülfüqaroğlu
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY












