Azərbaycanın tranzit potensialı daha da artır - Çindən yeni dəmir yolu xətti

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi aktiv fazaya daxil olub. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi layihə ilə bağlı əsas beynəlxalq və investisiya sazişlərinin bağlandığını, baş podratçının müəyyən edildiyini və maliyyələşdirmə məsələlərinin həll olunduğunu bildirib. Hazırda layihə çərçivəsində tunellərin, körpülərin və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Ümumi uzunluğu təxminən 480 kilometr olan magistralın 304 kilometrdən çoxu Qırğızıstan ərazisindən keçəcək. Yeni dəmir yolu Çindən Mərkəzi Asiyaya, Türkiyəyə, Yaxın Şərq ölkələrinə və Avropaya yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Ekspertlərin fikrincə, bu layihə Xəzər dənizi və Azərbaycan üzərindən keçən Orta Dəhlizi daha da gücləndirəcək və Azərbaycanın Çin ilə Avropa arasındakı yükdaşımalarda tranzit əhəmiyyətini növbəti mərhələyə yüksəldəcək.
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR










