Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub - SEPAH

Qətərdəki ABŞ-ın Əl-Udeyd bazasının təyyarə təmiri mərkəzi və komanda-idarəetmə məntəqəsi məhv edilib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran Silahlı Qüvvələrinin sahil bazalarına qarşı hücumlarının davam etməsinə cavab olaraq yeni əməliyyat keçirdiyini açıqlayıb.
Bəyanatda bildirilib ki, Hörmüz boğazında qaydaları pozan ikinci gəmi vurularaq dayandırılıb. Bununla yanaşı, cavab əməliyyatının ikinci mərhələsində ABŞ-ın Qətərdə yerləşən strateji Əl-Udeyd hərbi hava bazası ballistik raketlərlə hədəfə alınıb.
SEPAH qeyd edib ki, bazanın qırıcı təyyarələrin təmiri və texniki xidmət mərkəzi, eləcə də komanda-idarəetmə məntəqəsi məhv edilib.
Bəyanatda vurğulanıb ki, ABŞ və İsrail təcavüzkar hərəkətlərinin davam etməsinin daha sərt cavablarla nəticələnəcəyini bilməlidir.
SEPAH həmçinin İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasına zərbə endirildiyini açıqlayıb.
Bəyanata əsasən, həmin bazanın komanda-idarəetmə mərkəzi və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarlar bir neçə ballistik raketlə vurularaq məhv edilib.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












