Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ

İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına yönəlmiş təşəbbüs regionda geniş siyasi müzakirələrə səbəb olub. Məsələ həm Türkiyə–İsrail münasibətləri, həm də Azərbaycanın mövqeyi baxımından diqqət mərkəzinə çevrilib.
Avtosfer.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saarın irəli sürdüyü təşəbbüs hökumətin dəstəyini qazansa da, Azərbaycanın diplomatik müdaxiləsindən sonra proses dayandırılıb. Bəs Azərbaycanın diplomatik fəaliyyəti bu təşəbbüsün dayandırılmasında hansı rolu oynayıb?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, İsrail hökumətinin “erməni soyqırımı” məsələsini yenidən gündəmə gətirməsi və Xarici İşlər Nazirliyinin təklifi ilə bu barədə qərar qəbul etməsi mənəvi meyarlardan uzaq, sırf cari konyunkturaya və realpolitik maraqlara əsaslanan bir gedişdir:

"Bu təşəbbüsün arxasında dayanan ən birinci səbəb Qəzza böhranından sonra Türkiyə ilə münasibətlərin tamamilə qopması və Ankaranın Təl-Əvivə qarşı yürütdüyü kəskin beynəlxalq hüquqi və siyasi ritorikadır. İsrail rəhbərliyi bu addımı ilə Türkiyəyə qarşı bir növ siyasi qisas mexanizmi və strateji təzyiq rıçaqı formalaşdırmağa çalışır. Qəzzadakı hərbi əməliyyatlara görə qlobal miqyasda ciddi təcrid və tənqidlərlə üzləşən İsrail, bu cür humanitar mövzuları manipulyasiya etməklə Qərb dünyasında özünə qarşı yaranan mənfi rəyi yumşaltmaq və daxili seçici kütləsinin rəğbətini qazanmaq istəyir. Lakin bu təşəbbüsün hökumət bəyanatı səviyyəsindən çıxıb Knessetdə rəsmi qanun statusu almasının qarşısında dayanan ən böyük strateji sədd məhz Azərbaycanın diplomatik fəaliyyəti və regiondakı əvəzolunmaz çəkisidir".
Politoloq qeyd edib ki, Azərbaycan İsrailin ən etibarlı regional tərəfdaşı, onun enerji təhlükəsizliyinin əsas təminatçısı və xüsusilə İranla münasibətlər fonunda Təl-Əviv üçün həyati əhəmiyyət kəsb edən hərbi-texniki, kəşfiyyat tərəfdaşıdır:
"Bakı diplomatiyası İsrail siyasi elitasına və yəhudi lobbisinə açıq şəkildə nümayiş etdirir ki, Türkiyəyə acıq vermək naminə atılan bu addım regiondakı ən sadiq müttəfiqi olan Azərbaycanla münasibətlərə ciddi xələl gətirə bilər. Praqmatik İsrail siyasətçiləri bu riskləri doğru hesabladıqları üçün qərarın hüquqi müstəviyə keçməsini Knesset səviyyəsində tormozlayır və qeyri-müəyyən müddətə dondururlar. Beləliklə, Azərbaycanın yürütdüyü balanslı diplomatiya və Təl-Əviv üçün daşıdığı strateji dəyər bu "erməni kartı" təşəbbüsünün icra olunmasını əngəlləyən ən effektiv qalxan rolunu oynayır".
Fatimə Dadaşova
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Sumqayıtda küçələr işıqlandırılmır, elektrik enerjisinə qənaət edirlər - ŞİKAYƏT
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA










