""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO

Ölümlə nəticələnən qəzalar üzrə məhkəmə proseslərində müttəhim və zərərçəkmiş tərəfin məhkəmədənkənar anlaşma halları tez-tez üzə çıxır. Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, yüksək məbləğdə pul və əmlak tələbləri hətta proses zamanı iclas zalında da açıq səslənir.
Belə iddialar həm tiktoker "Arzum 9999" ləqəbli İlduzə Hacıyevanın, həm də həkim Azər Maqsudovun cinayət işində səslənib. Məsələn, İlduzə Hacıyeva qarşı tərəfin ondan 100 min manat istədiyini iddia edib. Azər Maqsudov isə məhkəmədə zərərçəkmiş tərəfin əvvəlcə 2 mənzil, daha sonra isə 400 min manat tələb etdiyini bildirib.
Məsələ ilə bağlı fikirlərini bölüşən vətəndaşlar belə tələblərə birmənalı yanaşmayıblar. Bəzisi hesab edir ki, təqsirkar şəxs dəfn, mərasim və müalicə xərclərini ödəməli, zərərçəkmiş ailəyə müəyyən köməklik göstərməlidir. Lakin ev, avtomobil və yüksək məbləğdə pul tələb olunması doğru hesab edilmir.
"Qan pulu"nu alanda insan dirilir? Bu, yaxşı bir şey deyil", "Qan pulu" istəmək ən böyük günahdır", - deyə sakinlər qeyd ediblər.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, "qan pulu" anlayışı müasir hüquq termini deyil, daha çox dini termindir. Tarixin müxtəlif dövrlərində şəxs hər hansı cinayət törədir və ya kimisə qətlə yetirirdisə, buna görə qanı bahasına cavab verməli idi. Müasir hüquq isə "qan pulu" anlayışını qəbul etmir:
"Qətl, yol-nəqliyyat hadisəsi və ya digər hadisə nəticəsində şəxs həyatını itirdikdə zərərçəkmiş tərəflə barışıq əldə oluna və vurulan maddi zərər ödənilə bilər. Lakin qanunvericilikdə konkret olaraq "qan pulu" adlı anlayış yoxdur".
Hüquqşünas bildirib ki, ölkəmizdə bu cür hallara, əsasən, yol nəqliyyat hadisələri və doğuş zamanı baş verən ölümlərdə rast gəlinir. Zərərçəkənin hüquqi varisləri ölən şəxsdən bəzən alver predmeti kimi istifadə edib, pul istəyirlər:
"Zərərçəkmiş tərəflə barışıq dedikdə, ona külli miqdarda pul verilməsi nəzərdə tutulmur. Bu məsələ hüquqla yanaşı, əxlaq və etika baxımından da qiymətləndirilməlidir. Barışığın mahiyyəti qarşı tərəfdən külli miqdarda pul almaqdan ibarət deyil".
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












