"AzParkinq" gecə saatlarında niyə avtomatik sönmür? - Rəsmi AÇIQLAMA

"AzParkinq" mobil tətbiqinin gecə saatlarında da sürücülərdən pul tutması müzakirə mövzusu olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, müzakirə zamanı sürücülər axşam saat 22:00-dan sonra parkinq pulsuz olduğu halda tətbiqdə avtomatik sonlandırmanın olmamasının səbəbini öyrənmək istəyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, tətbiqdə belə bir funksiyanın olmasına ehtiyac yoxdur.
"Çünki küçə parklanma yerlərində avtomobillərin parklanması saat 22:00-dan saat 07:00-dək ödənişsizdir. Bu səbəbdən həmin zaman kəsiyində parklanma yerinə görə ödəniş hesablanmır və sürücülər heç bir ödəniş etmirlər.
Məsələn, əgər sürücü saat 20:00-da maşını parklanma yerində bəyan edirsə, ödəniş saat 22:00-dək hesablanacaq və dayandırılacaq. Saat 07:00-da isə parklanma yenidən aktivləşəcək. Əgər sürücü avtomobilini axşam saat 20:00-da park edib səhər saat 08:00-da parkinqdən götürəcəksə, bu zaman o, iki saat axşam (20:00-dan 22:00-a kimi), bir saat isə səhər (07:00-dan 08:00-dək) ödənişini edəcək.
Parklanma sürücü tərəfindən başladıldığı kimi, elə sürücü tərəfindən də sonlandırılmalıdır və bu, parklanma yerinin tərk edilməsi kimi qiymətləndirilir.
Parklanmanın sistem tərəfindən avtomatik sonlandırılmamasının səbəb isə avtomobilinin vətəndaş tərəfindən nə zaman parklanma yerindən götürülməsinin bilinməməsidir", - deyə T.Orucov vurğulayıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












