AzTV-nin filmi erməniləri qorxuya saldı: “Ermənistan xəritədən silinir” - VİDEO - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin hazırladığı “Göyçə gülü” sənədli filmi Ermənistanda böyük rezonans doğurub.
QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, AzTV-də yayımlanan və Qərbi Azərbaycandan (hazırkı Ermənistan ərazisi - red.) bəhs edən film rəsmi İrəvanda müəyyən dairələrdə çaxnaşma yaradıb.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan özünün “X” (keçmiş “Twitter”) mikrobloqunda: “Azərbaycan dövlət televiziyası indicə 35 dəqiqəlik film nümayiş etdirib. Bir sözlə, Ermənistan Respublikasının bütün suveren ərazisini Azərbaycanın ərazisi kimi təqdim edir. Gördüyünüz kimi, Ermənistan xəritədən yoxa çıxır”, - deyə qeyd edib.
Bu, bir daha göstərir ki, Ermənistan Azərbaycanın hazırladığı bir filmdən belə çəkinir və vahiməyə düşür. Onlar 44 günlük müharibədəki “dəmir yumruq”dan sonra hələ də sayıqlamağa davam edirlər.
Qeyd edək ki, layihənin rəhbəri Ruslan Həsənovdur.
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI











