Babək prospektində mağazaların yol probleminin həlli ilə bağlı layihə hazırlanır

Bakının Babək prospektində avtobus zolaqlarının çəkilməsinin mebel mağazalarının fəaliyyətinə yaratdığı problemin həlli ilə bağlı layihə hazırlanır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev məlumat verib.
O bildirib ki, AYNA əməkdaşları bu istiqamətdə mağaza sahibləri ilə görüşlər keçirib:
“Babək prospektində avtobus zolağı olmalıdır. O zolaq indi çəkilməyib. Lakin problemlər indi əmələ gəlib. Yəqin ki, bu, cərimələrə görədir. Əməkdaşlarımız həmin əraziyə gedib və görüşlər keçirib. Burda problemin həlli ilə bağlı iki seçim var. Hazırda bununla bağlı layihə hazırlanır. Orda elə zolaqlar var ki, eni 3,75-4 metrdir. Onları silib, parkovka yerləri yaratmaqla yenidən zolaq çəkmək olar. Bu, bir variantdır. Bir də orda bəzi səkilərin 5 metr eni var. Bunların hamısını ayrılıqda təhlil edirik. Orda bir qərarın tətbiqi mümkün deyil. Hər bir mağazanın qarşısına ayrıca baxırıq. Elə mağaza var ki, onun qarşısında 1,5 metr zolaq var. Amma harda yol imkan versə, yəni mühəndislərimiz desə ki, burda parkinq yaratmaq mümkündür, biz orda zolaqları dəyişdirməklə parkinq yaradacağıq. Burda yalnız 2-3 mağazada ciddi problem var. Mağazaların hər birinə fərdi yanaşma etməklə layihə hazırlanacaq və problemin böyük əksəriyyətini həll edəcəyik”.
Qeyd edək ki, son dövrlər mətbuatda Babək prospektində mebel mağazalarının bağlanması ilə bağlı xəbərlər yayılıb. Belə ki, prospektdə yerləşən mağazaların qarşısından avtobus zolağının keçməsi və avtomobillər üçün parkinq yerlərinin olmaması müştərilərin mağazaya gəlməsinə problem yaradır. Nəticədə ərazidəki mebel mağazalarının müştəri sayı əhəmiyyətli dərəcədə azalıb. Hətta yan-yana fəaliyyət göstərən 9 mağazadan 2-si müflis olaraq fəaliyyətini dayandırıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










