Bağlanan banklardakı bütün əmanətləri geri qaytarlıacaq - MİLLƏT VƏKİLİ

“Müflis elan edilən banklarda blok olunmuş əmanətlər ilə bağlı Baş nazir Konstitutsiya Məhkəməsinə sorğu göndərib. Nazirlər Kabinetinin sözügedən məhkəməyə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə müvafiq qanuna şərh verilməsinin zəruriliyi əsaslandırılır”. Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov müflis elan edilən banklarda blok olunmuş əmanətlərlə bağlı Baş nazirin Konstitutsiya Məhkəməsinə göndərdiyi sorğu haqqında danışarkən deyib. O, Baş nazirin bu məsələ ilə bağlı sorğu göndərməsini təqdirəlayiq addım hesab edib: “Təklifimizin hökumət tərəfindən dəyəndirilməsi müsbət hal olmaqla yanaşı, bu məsələnin həllini tapması bank sekoruna olan inamın qorunub saxlanması baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz ki, depozit qəbulu qadağan olunmuş bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil. Baş nazirin bu məsələ ilə bağlı sorğu göndərməsi təqdirəlayiqdir. Yaxın günlərdə məhkəmə bu məsələ ilə bağlı öz qərarını açıqlayacaq. Güman olunur ki, bu qərardan sonra vətəndaşlar öz əmanətlərini daha qısa zamanda geri ala biləcəklər. Bütövlükdə, bu məsələ bir daha bank nəzarətinin daha da gücləndirilməsi və əmanətlərin sığortalanmasında yeni mexanizminin tətbiqini bir daha gündəmə gətirir”.

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












