“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən 10-cu iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.
İclasda Cəmiyyətin 2021-ci il üzrə büdcəsinin icrası, 2022-ci il üçün büdcənin layihəsi, Gübrə terminalı layihəsi, Cəmiyyətin digər investisiya layihələri və s. müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub.
Bundan başqa iclasda Cəmiyyətin icra orqanı tərəfindən qaldırılan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki,“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











