Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsində əsas tikinti mərhələsinə start verilməsi paytaxtın nəqliyyat sistemində yeni dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.
Avtosfer.az xəbər verir ki, avqustun 15-dən etibarən həyata keçiriləcək işlər metro şəbəkəsinin buraxılış qabiliyyətinin artırılması, qatarların hərəkətinin optimallaşdırılması və gələcəkdə yeni istiqamətlərin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs xətlərin ayrılması sərnişinlərin gündəlik gediş-gəlişinə və Bakı metrosunun gələcək inkişafına necə təsir edəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, xətlərin ayrılması Bakı metrosunun gələcək inkişafı üçün yeni mərhələnin əsasını qoyur:

"Bu addım yeni stansiyaların və istiqamətlərin tikintisini texniki baxımdan daha əlçatan edəcək, metro şəbəkəsinin buraxılış qabiliyyətini artıracaq və gələcək genişlənmə prosesini sürətləndirəcək. Bundan sonra Yaşıl xəttin müstəqil şəkildə Ağ Şəhər, Yeni Yasamal və Həzi Aslanov istiqamətində uzadılması, həmçinin yeni depoların və stansiyaların daha səmərəli istismarı mümkün olacaq. Eyni zamanda, Yaşıl və Qırmızı xətlərin ayrılması Bakı metrosunda sərnişin sıxlığının azaldılması istiqamətində mühüm addımlardan biri hesab olunur. Hazırda hər iki xəttin “28 May” stansiyasında kəsişməsi qatarların hərəkət intervalını məhdudlaşdırır və bir istiqamətdə yaranan gecikmə digər xəttin fəaliyyətinə də təsir göstərir”.
Ekspert əlavə olaraq qeyd edib ki, xətlərin ayrılması nəticəsində hər iki xətt müstəqil fəaliyyət göstərəcək, qatarların hərəkət tezliyi artacaq, gözləmə müddəti azalacaq və metro sisteminin etibarlılığı yüksələcək:
“Bu isə sərnişinlərin daha rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə yanaşı, paytaxtın nəqliyyat infrastrukturunun daha səmərəli fəaliyyətinə də mühüm töhfə verəcək".
Fatimə
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












