Bakı metrosunda problem yarandı- Sərnişin sıxlığı səbəbindən

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarların intervalında yubanma olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qatarların intervalında gecikmə olduğunu təsdiq edib.
Onun sözlərinə görə, yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub:
“Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun “Elmlər Akademiyası”, “Koroğlu”, “Nəriman Nərimanov” stansiyalarında bir neçə dəqiqə gecikmələr olub.
Stansiyalardan asılı olaraq, gecikmə 5 dəqiqə də olub, 8 dəqiqə də. Buna səbəb qatarlarda hər hansı texniki problem yox, sərnişin sıxlığı olub. Bildiyiniz kimi tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar, sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub”.
Gültən
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












