Bakı metrosunda qatarların qapısı niyə işləmir? - RƏSMİ CAVAB

Son günlərdə sosial şəbəkələrdə Bakı Metropolitenində qatarların qapısının gec açılması ilə bağlı görüntülər yayılıb.
Sözügedən götrüntülər insanlar arasında çoxsaylı müzakirələrə və narazılığa səbəb olub.
Məsələni aydınlaşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nə müraciət etdik.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, xətdə hərəkət edən qatarların birinin vaqonun qapılarında sinxronluq itib.
Onun sözlərinə görə, bu da sərnişin müdaxiləsi nəticəsində baş verib:
“Qatar stansiyadan yola düşdükdən sonra növbəti stansiyalarda hər hansı bir problem yaranmayıb. Bununla belə, “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq dərhal xəttə ehtiyat qatar verilib. İnterval göstəriciləri pozulmadan, qatarlarına hərəkət qrafikinə hər hansı bir müdaxilə olmadan həmin qatar təkrar yoxlanmaq üçün depoya verilib. Qısa müddətdən sonra qatarda problem olmadığı müəyyən edilib və yenidən xəttə buraxılıb”.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












