Bakı metrosunda vətəndaşlardan edtiraz: Süni sıxlıq, yoxsa pandemiya qaydaları?

Metronun “Elmlər Akademiyası” stansiyasında sıxlıq vətəndaşların narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, metro stansiyanın ikinci çıxışında metronun altı giriş qapısından yalnız biri açıqdır və sərnişinlər növbəlilik prinsipinə riayət edə bilmir.
Sərnişinlərin metro stansiyaya daxil olması üçün ən azı 20 dəqiqə vaxt lazımdır. Vətəndaşları metroya bir-bir, iki-iki buraxdıqları üçün uzun növbə yaranıb. Sərnişinlərin metropoliten işçilərinə və orada xidmət aparan polis əməkdaşlarına irad bildirməsi isə nəticə verməyib.
Vətəndaşlar hər gün bu cür mənzərə ilə qarşılaşdıqlarını deyərək, etiraz ediblər.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışında yaranan izdiham universitetlərdə dərs vaxtının bitməsi ilə əlaqəlidir:
“Metropolitenin fəaliyyəti ilə bağlı problem yoxdur. Qatarlar interval üzrə hərəkət edirlər. Yaranmış izdiham universitetdə dərs saatlarının başa çatması ilə bağlıdır. Pandemiya dövründə sərnişinlərin ardıcıl şəkildə yoxlanılaraq, stansiyaya daxil olması təmin edilir. Bu proses hər gün eyni qaydada aparılır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etmək üçündür”.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










