Bakı-Quba yolunda hərəkət tam olaraq dayandı - AÇIQLAMA

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət tam dayanıb.
Belə ki, səhər saatlarından yolun hər iki tərəfində bu hal yaşanıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin yolun hər iki tərəfində elektron tərəzilər quraşdırılır:
“Orada növbəli keçid yaradılıb. Şənbə günü olduğu üçün sözügedən ərazidə hərəkət axını çox olub və qısa müddətlik intensivlik dayanıb. Oraya əməkdaşlar cəlb edilib və tədbirlər görülüb. Hazırda problem yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl də sosial şəbəkələrdə Bakı-Quba yolunda aparılan təmir işlərinin nəqliyyatın hərəkətində təhlükəli vəziyyət yaratmasına dair videogörüntülər yayılmışdı.
Belə ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə, əsas yola çıxmağa çalışıb ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olmuşdu.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










