Bakı-Tiflis qatarı açıla bilərmi? - AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq. Bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək. 5 saat 36 dəqiqəyə qət olunacaq məsafə sərnişinlərə standart sinif yerlər üçün minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.
Bəs iyulun 1-dən sonra növbəti marşrut Bakı-Tiflis-Bakı ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli "Qaynarinfo"ya açıqlamasında bildirib ki, quru sərhədlərin açılması azərbaycanlıların ən çox arzu etdiyi məsələdir:
"Hamımız da ümidliyik ki, heç olmasa, iyulun 1-dən heç kəsə lazım olmayan karantin rejimi uzadılmayacaq və sərhədlərimiz də açılacaq. Azərbaycan vətəndaşları da qatarla Gürcüstana səfər edə biləcək. Gürcüstan tərəfinin də Azərbaycandan belə bir istəyi, eyni zamanda xahişi var".
Natiq Cəfərli iyulun 1-dən Azərbaycanla Gürcüstan arasında quru sərhədlərin açılacağına ümid etdiyini vurğulayıb.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












