Bakıda 3 xəttin köhnə avtobusları "BakuBus"larla əvəz ediləcək - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.
Görüş zamanı Vüsal Kərimli ölkə başçısına bu il alınacaq 415 avtobusdan 115-nin artıq sifariş edilməsi, 300-ü isə tenderə çıxarılacağı barədə məlumat verib.
BNA İdarə Heyətinin sədri əlavə edib ki, alınacaq 8 və 9 metrlik avtobuslar nəzərdə tutulub ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcək. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, BAKU.WS yeni alınacaq avtobsların hansı istiqamətə buraxılmasını dəqiqləşdirmək məqsədilə BNA-ya sorğu göndərib. Sorğunun cavabında qeyd olundu ki, yeni gətiriləcək avtobusların hansı marşrut xətlərinə verilməsi müsabiqə yolu ilə baş tutur: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müsabiqə keçirilir. Hazırda Bakı şəhərində ən son olaraq müntəzəm 7 marşrut xətti ilə bağlı müsabiqə elan edilib. Bundan əvvəl isə 5 marşrut xətti ilə bağlı müsabiqə olunub. İndidən demək mümkün deyil ki, avtobus hansı marşrut xəttinə çıxarılacaq. Müsabiqədə müxtəlif daşıyıcılar, o cümlədən "BakuBus" MMC-də iştirak edir. Hansı daşıyıcının avtobusları müsabiqə şərtlərinə uyğundursa və istehsalat bazasına cavab verirsə, həmin xəttin istismarı da həmin avtobuslara həvalə olunur.
Sonuncu müsabiqənin nəticələrinə əsasən, 11, 30 və 40 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobusların istismarı "BakuBus" MMC-yə həvalə olunub. Yaxın vaxtlarda həmin avtobus xəttləri üzrə yeni gətirilmiş avtobuslar xəttə veriləcək. Qalan digər avtobuslar və gətiriləcək 115 avtobuslar bu qaydada müsabiqə yolu ilə xəttlərə buraxılacaq".
Gültən Qədirli
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












