Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

Bakının “8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir. Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar “Dəniz Kənarı” küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.
Qeyd edək ki, “8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












