Bakıda altı avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində bağlanan yol açılıb - FOTO

Paytaxtın Ziya Bünyadov prospektində qəza nəticəsində bağlanan tuneldə hərəkət bərpa edilib.
APA xəbər verir ki, qəzaya uğramış yük maşınları hissələrə bölünürək ərazidən uzaqlaşdırılıb.
Hazırda prospektinin bağlanan hissəsində yol açıqdır.
***
Saat 01:38
Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki yol ötürücüsündə baş verib.
Belə ki, qoşqusunda dəmir boru daşıyan “KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan “Mercedes” və “Qazel” markalı yük maşınlarına çırpılıb.
İdarəetmədən çıxan “KamAZ” tuneldə yolayrıcı betona çırpılaraq əks tərəfə çıxıb.
Bu zaman “Toyota”, “Range Rover” və “Hyundai” markalı minik avtomobilləri yük maşınına dəyib.
“KamAZ” beton divara çırpılaraq dayanıb. “Mercedes” markalı yük maşının sürücüsü Elnur İsgəndərov APA-ya bildirib ki, “KamAZ”ın sürücüsü sükan arxasında yuxulayıb.
Qəza nəticəsində “KamAZ”ın və “Qazel”in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektindən 20 Yanvar istiqamətinə tuneldə hərəkət məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilib.
Hazırda qəzaya uğramış ağır tonnajlı maşınların evakuator vasitəsilə ərazidən uzaqlaşdırılması işləri aparılır
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO













