Bakıda avtobus zolaqlarının çəkilməsi tıxacı azaldacaq? - VİDEO

“Bakıda avtobus zolaqlarının yaradılması nəzərdə tutulur”. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev açıqlama verib. O bildirib ki, avtobus zolaqlarının harada olması, hansı kəsişmələrdən keçəcəyi rəqəmsal əkiz vasitəsilə həyata keçiriləcək. Bəs görəsən şəhər nəqliyyatının hazırki vəziyyətində avtobuslar üçün xüsusi zolaqların yaradılmasının təsiri necə ola bilər? Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, avtobus zolaqları yaratmazdan əvvəl ictimai nəqliyyat sahəsində xeyli iş görmək lazımdır. Nəqliyyat eksperti vurğulayır ki, avtobus zolaqlarına alternativ olaraq dayanma-durma qaydalarını düzgün şəkildə tətbiq etnək olar. Qeyd edək ki, Anar Rzayev hazırda avtobusların dövriyyə sayının azalmasını da tıxacla əlaqələndirib. O bildirib ki, daşıyıcılar məcburiyyət qarşısında çox sayda avtobusları daşımadan çıxarıb parklarda saxlayırlar.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












