Bakıda avtobusların sayı 2 800-ə çatdırılacaq - AYNA

İki il ərzində Bakıda avtobusların sayı 440 ədəd və ya 25 % artırılıb.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
“Hazırda bu, rekord səviyyəyə - 2 160-a çatıb. Lakin, bu, son say həddi deyil və avtobusların sayının 2 800-ə çatdırılması nəzərdə tutulub. Şəhərdə avtobuslara əhalinin inamını artırmağa imkan verən xüsusi zolaqlar şəbəkəsi hazırlanıb. Bunun sayəsində avtobusların həm sürəti, həm göstərilən xidmətlərin keyfiyyəti artıb. Sıxlıq çox olan bəzi küçələrdə, - Atatürk prospektində bunu mən nümunə göstərə bilərəm, - sürət 12 dəqiqə azalıb, yəni, keçid orada 12 dəqiqə azalıb. Bu da vətəndaşların ictimai nəqliyyatdan istifadəsinə keçidinə ciddi bir təşviq yaradıb”, - A.Rzayev qeyd edib.
O əlavə edib ki, Bakıda avtobusların orta sürəti 18 kilometrdən 22 kilometrə qədər artıb.
AYNA-nın sədri vurğulayıb ki, piyada səfərlərinin təşviq edilməsi üçün də layihələr həyata keçirilib: “Bunlar, ilk növbədə, Xaqani parkında və metronun “28 May” stansiyasının önündə həyata keçirilmiş layihələrdir ki, hər iki əraziyə avtomobillərin daxil olması məhdudlaşdırılıb və bu yerlər piyadaların istifadəsinə verilib. Xaqani parkında və metronun “28 May” stansiyasının önündə piyada zonası, eləcə də avtomobil habı yaradılıb. Son layihə isə Qoşa Qala qapısının önü, Əziz Əliyev küçəsi və İçərişəhərin daxilində avtomobillərin hərəkətinin məhdudlaşdırılması idi ki, nəticədə Bakı şəhərində nəhəng bir piyada zonası yaranıb. Bu istiqamətdə də işlər davam etdiriləcək. Layihələr hazırlanır və bu iş başa çatdıqdan sonra müvafiq qaydada təqdim ediləcək”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












