Bakıda çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılacaq

Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.
A.Qasımzadə bildirib ki, zəlzələ baş verdiyi zaman böyük risk daşıyan binaların qiymətləndirilməsi aparılıb:
"Bu hesablama ən son 2000-ci ildə baş verən böyük zəlzələ zamanı zədələnmiş binalara əsasən hazırlanıb. Həmin zəlzələ zamanı zədə alan binaların 25 %-i dəmir-beton panelli binalar, 70%-i daş binalar, 5%-i isə yığma daş konstruksiyalı binalar idi”.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












