Bakıda gəmi gəzintiləri niyə olmur? - Səbəb açıqlandı

Bakının Xəzər sahillərinin əsas simvollarından biri də gəmilər sayılır. Xüsusilə yay aylarında, eləcə də bayram və tətil günlərində qısamüddətli dəniz səyahətinə tələbat artır.
Amma dəniz gəzintisi mövsümü başlasa da, hazırda vətəndaşlara xidmət göstərilmir.
Bunun səbəbini öyrənmək üçün Dənizkənarı Bulvar İdarəsinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, gəmilər saz vəziyyətdədir, amma suyun səviyyəsi aşağı enib: “Ötən ilin oktyabr ayından gəmilərimizin fəaliyyəti müvəqqəti dayandırılıb. Buna səbəb Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsidir. Gəmilərimiz texniki baxışdan keçib. Heç bir problem yoxdur.
Dəniz suyunun səviyyəsinin aşağı düşməsi səbəbindən ilk növbədə sərnişinlərin və gəmilərin hər hansı bir təhlükə ilə üzləşə biləcəyi ehtimalını nəzərə alıb qurumumuz belə bir addım atıb. Aidiyyəti qurumlarla müzakirələrdən sonra gəminin yeni marşrut xətti müəyyənləşə bilər. Gəmilər əlbəttə bulvarın əsas simvollarından biridir. Biz də onun yenidən fəaliyyət göstərməsini istəyirik”.
Bulvar İdarəsindən, həmçinin qeyd edilib ki, yay aylarında Milli Parkda yeni attraksion və oyun qurğuları olacaq: “Artıq sifarişlər olunub. İlin sonuna qədər bu qurğuların bulvar ərazisində quraşdırılması nəzərdə tutulur”.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO












