"Bakıda ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi nəzərdə tutulur" - Anar Rzayev

Bakıda bir il ərzində 2 milyarddan çox səfər həyata keçirilir və bu səfərlərin strukturunda ictimai nəqliyyatın payı 30 %, fərdi nəqliyyat və taksilərin payı isə 50 % təşkil edib.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə isə bunun tamamilə əksini tələb edir:
“Beynəlxalq təcrübədə ictimai nəqliyyatın payının ən azı 39-40%, fərdi nəqliyyat vasitələrinin istifadəsinin payı isə 30 % civarında olması tələb edilir ki, rəvan mobillik mühiti yaranmış olsun. Sadə hesablamalara görə, yalnız ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi vacibdir ki, yenə də qeyd etdiyimiz rəvan mobil mühit yaranmış olsun və tədbirlər bu istiqamətdə həyata keçirilib".
A.Rzayev qeyd edib ki, hesablamalara başlanarkən vəziyyətin trendi daha da pisləşmək üzrə idi:
"Yəni, şəhərdə ictimai nəqliyyatın payının azalması, fərdi nəqliyyat vasitələrinin payının isə artması trendi var idi”.
AYNA-nın sədri əlavə edib ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb:
“Taksi daşımalarında isə 32 %-lik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












