İki küçənin kəsişməsində hərəkətin təşkili dəyişdirildi - VİDEO

Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən xəbərə görə, paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatları götürülərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edilib və bunun əsasında təklif hazırlanıb:
"Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər. Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib".
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB










