Bakıda insanlara zirzəmidən çıxarılan su satılır - İDDİA - VİDEO

Qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var lakin beşmərtəbəli binanın zirzəmisindən çıxarılır.
Avtosfer.az məlumat verir ki, paytaxtın Yasamal rayonunun Ağa Yusif Dadaşov ünvanında müxtəlif adlar və markalarda olan su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir.
Su daşıyan maşınlar da həmçinin. Ətrafı da məişət tullantıları bürüyüb.
Sürücülər bildiriblər ki, onlar suyu sifarişlə aparırlar.
Məhəllə sakinləri isə bu şirkətdən su almadıqlarını bildiriblər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia olunur.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzləşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks təqdirdə bu yolverilməzdir. Agentliyin Bakı Regional bölməsi "Araz su" əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.
Ətraflı süjetdə:
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












