Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı - FOTO

Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.
Daxili İşlrə Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.
Namiq Musayev



Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











