Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT

Bakıda kirayə mənzil bazarında qiymət artımı davam edir.
Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Hesabatına əsasən, açıq mənbələrdə yerləşdirilən kirayə mənzil elanlarının 82 faizi yeni tikili binalara aiddir. Həmin elanların 75 faizi isə paytaxtın mərkəzinə yaxın ərazilərdə yerləşir. Bəs bu artımın əsas səbəbi nələrdir.
Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda kirayə mənzillərin orta (median) aylıq qiyməti 927 manat təşkil edir:

''Bu göstərici kirayəyə təklif olunan mənzillərin yarısının 927 manatdan yuxarı, digər yarısının isə bu məbləğdən aşağı qiymətə təqdim olunduğunu göstərir. Son illər müşahidə olunan dinamika kirayə bazarında qiymət artımının davam etdiyini təsdiqləyir. Qiymət artımının əsas səbəbləri sırasında Bakıda yaşayışa yüksək tələbatın qalması, ölkədə fəaliyyət göstərən müəssisələrin və ümumi daxili məhsulun (ÜDM) təxminən 80 faizinin Bakı-Abşeron iqtisadi rayonunda cəmləşməsi, ali təhsil müəssisələri və dövlət qurumlarının əsas hissəsinin paytaxtda yerləşməsi göstərilir. Həmçinin daha geniş iş imkanları, inkişaf etmiş infrastruktur və xidmətlərdən yararlanmaq istəyən insanların Bakıya axını mənzil bazarında tələbi artıran əsas amillərdəndir".
İqtisadçı qeyd edib ki, Hesabatda qeyd olunur ki, kirayə qiymətləri ilə yanaşı, mənzillərin satış qiymətlərində də artım müşahidə edilir:
"Xüsusilə Bakının mərkəzində yeni tikinti üçün yararlı torpaq sahələrinin azalması yaxın illərdə həm mənzil, həm də kirayə qiymətlərinin artım meylinin davam edəcəyini göstərir. Qiymət artımının qarşısını almaq üçün kirayə mənzil təklifinin artırılması vacibdir. Ali təhsil müəssisələrinin və bəzi dövlət qurumlarının şəhərdən kənara köçürülməsi ilə bağlı təkliflərin isə geniş araşdırma və əsaslandırma tələb etdiyi bildirilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda yaşayışın və iqtisadi fəallığın bərpasının Bakıda əhali sıxlığını və işçi qüvvəsinə tələbi müəyyən qədər azalda biləcəyi qeyd olunur. Bunun kirayə qiymətlərinin artım tempinə qismən təsir göstərə biləcəyi ehtimal edilsə də, vətəndaşların iş, təhsil və daşınmaz əmlak əldə etmək məqsədilə əsasən Bakı və Abşeron yarımadasına üstünlük verməsi mənzil bazarında tələbin yüksək qalmasına səbəb olan əsas amil kimi qiymətləndirilir".
Fatimə Dadaşova
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...










