Bakıda marşrutlar üzrə daşıyıcı şirkətlərin dəyişdirilməsi lazımi effekti verirmi?

“Bakı şəhərində müxtəlif marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı şirkətlər lazımi tələblərə cavab vermədikdə Bakı Nəqliyyat Agentliyi (BNA) həmin daşıyıcı ilə müqaviləyə xitam verir. Bu isə, heç də həmişə daşıyıcı şirkətlər tərəfindən birmənalı qarşılanmır”
Avtosfer.az xəbər verir ki, bu sözləri fins.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib:
“Bakıda fəaliyyət göstərən marşrut xətlərinin istismarı müxtəlif daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir. Həmin şirkətlərin fəaliyyətinə nəzarət isə Bakı Nəqliyyat Agenltiyinin (BNA) səlahiyyətindədir. Bu daşıyıcı şirkətlərin fəaliyyəti qənaətbəxş olmadıqda, müəyyən hüquqi və ictimai tələblərə cavab vermədikdə Bakı Nəqliyyat Agentliyi bir nəzarətedici və səlahiyyətli qurum olaraq həmin şirkətlərə müraciət edərək zəruri məsələləri həll etməsini istəyir: köhnə avtobuslar yeniləri ilə əvəz edilsin, digər məsələlər həll olunsun. Lakin bunlar olmadıqda BNA şirkətlə müqaviləyə xitam verir. Bu zaman həmin marşrut xətti bir daşıyıcı şirkətdən alınaraq başqa bir daşıyıcının istismarına verilir. Bu cür əvəzləşdirilmə isə heç də həmişə daşıyıcı şirkətlər tərəfindən birmənalı qarşılanmır. Məsələn, son vaxtlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı Nəqliyyat Agentliyinin bəzi şirkətlərə qərəzli münasibət bəsləməsi iddia olunur”.
“Xatırlatmaq istəyirəm ki, bir müddət öncə marşrut xətti analoji vəziyyət olmuş, yəni avtobusları köhnə olan şirkətlə müqaviləyə xitam verilərək həmin xətt başqa bir daşıyıcının istismarına verilmişdi. Söhbət 64 nömrəli marşrut xəttindən gedir. Belə ki, 2018-ci ilin dekabr ayına qədər 64 nömrəli marşrut xətti üzrə istifadə edilən avtobusların vəziyyəti qənaətbəxş deyildi. Xüsusən Günəşli qəsəbəsi istiqamətində gündəlik ictimai nəqliyyatdan istifadə edən sərnişinlər yəqin ki, bu xətt üzrə avtobusların əvvəlki vəziyyətini yaxşı xatırlayır. Avtobuslar texniki göstəricilərə uyğun gəlmir və təhlükəsizlik tələblərinə cavab vermirdi. Xarici görünüş etibarilə də avtobusların vəziyyəti xoşagəlməz təsir bağışlayırdı. Belə olan halda BNA həmin daşıyıcı ilə müqaviləyə son qoyub xətti başqa bir daşıyıcının istismarına verdi. Yalnız bundan sonra yeni daşıyıcı tərəfindən xəttə təzə, müasir standartlara uyğun və lazımi tələbləri qarşılayan avtobuslar buraxıldı” – deyə eskpert əlavə edib.
Qeyd edək ki, həmin marşrut xətti üzrə daşıyıcının əvəzlənməsi barədə verdiyi açıqlamada BNA daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığını, dəfələrlə Agentliyə 64 saylı marşrut üzrə sərnişindaşımanın keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülərin avtobusları idarə etməsi, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olduğunu qeyd etmişdi.


Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












