Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçan 20 yaşlı tələbə budur - DETALLAR - FOTO

Ötən gün paytaxtın müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli bu gün məhkəmə qarşısına çıxarılacaq.
Avtosfer.az-ın məlumatına görə, ardınca gənc sürücü barəsində qərar qəbul olunacaq.
Nəzərinizə çatdıraq ki, Rauf Cabbarlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin üçüncü kurs tələbəsidir.
Universitetdən verilən məlumata görə, həmin tələbə orta qiymətlərlə təhsil alır. Əvvəllər isə belə hal ümumiyyətlə baş verməyib. R.Cabbarbəyli barədə ali təhsil ocağında davamiyyət məsələsində də problemlər yaşanmayıb.
Bəs görəsən, gələcəkdə tələbənin başqa belə hadisədə adı hallanarsa onunla bağlı universitet tərəfindən tədbir görüləcəkmi?
"Universitetdə tələbələrə təhsil verməklə yanaşı həm də təlim-tərbiyə ilə bağlı işlər də görülür. Hərbi vətənpərvərlik mövzusunda söhbətlər edilir, müxtəlif tədbirlər keçirilir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif imkanlar yaradılır. Amma tələbələrin bu məşğuliyətlərdən istifadə edib-etməməsi tamamilə tövsiyə xarakterlidir. Universitetin hazırda 17 000-dən artıq tələbəsi var. Onların təhsil ocağından kənar fəaliyyətinə Universitet nə edə bilər ki?".
Avtosfer.az həmin tələbənin fotosunu təqdim edir.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ













