Bakıda nəqliyyat sistemi necə dəyişəcək? - Lökbatandan Buzovnaya, Xirdalandan 28 Maya... - VİDEO

Ölkəmizdə son illər avtomobilləşmənin sürətlə artımının qarşısının alınması məqsədilə dövlətin həyata keçirdiyi bir sıra proqramlar olub. Bu proqramlar bölgələrin, xüsusən də əhalinin sıx yaşadığı paytaxtın insayönümlü şəhərə çevrilməsi məqsədi daşıyır. Bu istiqamətdə istər ölkəmizdə təşkil edilən COP29 beynəlxalq tədbirindən əvvəl, istərsə də sonra görülən tədbirlər sürətlə davam etdirilir.
Ötən gün Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib. Müşavirədə ölkə başçısı bir sıra mövzulara toxunub.
Avtosfer.az xəbər verir ki, yanvarın 28-də nəqliyyat məsələləri ilə bağlı keçirilən müşavirədə son 20 il ərzində görülən işlər və Bakı ilə əlaqədar planlaşdırılan məsələlərlə bağlı Prezident İlham Əliyev deyib ki, yeni dövlət proqramının qəbul edilməsi zəruridir: “Bu çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən müşavirə çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaq”.
Ölkədə yol infrastrukturunun vəziyyəti ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, növbəti illərdə metro stansiyalarının sayının artırılması, yeni gətiriləcək vaqonlar yeraltı nəqliyyatdakı sıxlığın aradan qaldırılması mövzusunda müsbət irəliləyiş olacaq. Eyni zamanda, avtobusların sayının 2100-dən 2800-ə çatdırılması nəzərdə tutulur. Köhnə avtobuslar da dəyişdiriləcək.
Bəzi yolların isə yenidən qurulmasına, genişləndirilməsinə və davamının tikilməsinə ehtiyac var. Belə olan halda Kənar Dairəvi Yolun davamı tikilməlidir, 20 Yanvar, Xırdalan və Şamaxinka dairələri yenidən təşik edilməlidir. AYNA tərəfindən açıqlanan layihələr uğurla icra olunarsa tıxaca son qoyula bilər. Bütün işlər isə ciddi dəqiqliklə analiz ediləndən sonra icra edilməlidir.
Daha ətraflı fikirlərlə Elməddin Muradlının videoşərhində tanış ola bilərsiniz:
Səfər
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












