Bakıda obyekt sahibləri lyuks avtomobillərini hər gün səkidə park edir - FOTO

Paytaxtın mərkəzi küçələrindən birində lüks avtomobillərlə səkini özəlləşdiriblər.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonundakı küçədə sahibkarlar piyadaların hərəkət etdiyi yolu öz mülkləri kimi istifadə edirlər.
Belə ki, rayonun Nəsib bəy Yusifbəyli küçəsindəki “La Maree”, “Elux” və “Coffeİnn” kimi iaşə müəssisələri obyektlərinin önündəki səkini parklama ərazisinə çevirib.

Bunun nəticəsində ərazidən istifadə edən sakinlər hər dəfə avtomobil yoluna düşərək özlərini təhlükəyə atmağa məcbur olur. Dəfələrlə bu mövzuda xəbərlər dərc etsək də, dəfələrlə belə addımlar atan obyektlər cərimələnsə də sanki digər sahibkarlar bütün bunlardan nəticə çıxarmır və eyni əməlləri təkrarlamağa davam edirlər. Ya obyekt sahiblərinin özlərinin, ya da müştərilərin lyuks avtomobillərini səkidə park eləməsi piyada ərazisində hərəkət etməyi mümkünsüz hala gətirib. Əvəllər səkidə vəziyyət normal olub. Daha sonra həmin obyektlərin sahibləri hansısa üsulla obyektlərinin qarşısını parklama yerinə çevirəcək şəkildə səkini kəsib.

Məsələnin kökündən həlli üçün isə köklü həll yolu yoxdur. Əvvəllər rayon icra hakimlərinin müəyyən məqsədlərlə sahibkarların özbaşınalıqlarına göz yumması bu gün artıq qaçılmaz nəticələrə gətirib çıxarır. Sonda isə yenə də sakinlər əziyyət çəkir.
Sosial şəbəkələrdə sakinlər ərazinin fotosunu yayaraq aktiv müzakirələrə səbəb olub.
Vətəndaşlar problemin aidiyyəti qurumlar tərəfindən köklü həll edilməsini xahiş edir.
Səfər
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












