Oğurladıqları maşını İsmayıllıda söküb satmaq istəyənlər SAXLANILDI - VİDEO

Bakıda avtomobil oğurlayan şəxslər tutulub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus “Qaz-3110” markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin nəqliyyat vasitəsini qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əvvəlcədən planlaşdırdıqları kimi evakuator xidməti göstərən şirklətlərdən birinə zəng edərək avtomobilin nasaz olduğunu bildiriblər. Daha sonra onlar özləri ilə gətirdikləri saxta dövlət qeydiyyat nişanı və sənədləri evakuatorun sürücüsünə göstərərək nəqliyyat vasitəsini İsmayıllı rayonuna aparıblar. Nurlan Əliyev və Vaqif Vəlibəyovun məqsədi həmin avtomobili ehtiyat hissələri formasında satmaq olub. Oğurlanan avtomobil İsmayıllı rayonunda hissələrə ayrılan formada Nurlan Əliyevə məxsus təmir sexindən aşkar olunaraq götürülüb.
Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT











