Bakıda özünü “peyğəmbər” elan edən şəxs: “Qazancınızın yarısı mənimdir”- VİDEO

“Facebook” platformasında yeni bir qalmaqallı video yayılıb.
Avtosfer.az "redaktor.az"a istinadən xəbər verir ki, özünü “peyğəmbər” kimi təqdim edən bir nəfər insanlardan qazanclarının yarısını ona vermələrini tələb edir. Həmin şəxsin çıxışı həm dini, həm hüquqi, həm də psixoloji baxımdan ciddi narahatlıq doğurur. Yayılan görüntülərdə özünü “peyğəmbər” adandıran şəxs bunları deyir:
“Bu dünyada nə qədər adam varsa, kiminsə nə imkanı varsa, onun yarısı mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın və dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan sonra mənəm. Ona görə də Allah-Təala mənə cənnət verir, kef verir. Kimin nə qazancı varsa, yarısı mənimdir. Mən kef edəcəyəm, bu, mənim haqqımdır. Kim ki, məni ağıl gözü ilə görür və başa düşürsə, haqqımı versin”.
O, həmçinin, yayımladığı videoda telefon nömrəsini və harada, nə vaxt görüşə biləcəyini də açıqlayır:
“Mən hər gün Bakıdakı Nizami Gəncəvi adına parkda oluram, Ağ Şəhərdə yerləşir. Saat 18:00-dan 20:00-a qədər həmin parkda oluram. Hər bir adam məni görməyə gələ bilər, əgər saf və doğru niyyəti varsa. Amma kim şər niyyətlə üstümə gələrsə, Allah onu vuracaq. Kim olursa-olsun!”
Məsələ ilə bağlı cebheinfo.az hüquq-mühafizə orqanlarına sorğu göndərib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











