Bakıda parkinq qiymətləri dəyişəcək - Ödənişsiz park yerləri isə...

Dünən BNA sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən Bakıdakı parkinq problemi gündəmə gəlib. Prezident Bakıda tıxacların olmaması üçün normal parkinq imkanlarının yaradılmasının vacibliyindən danışıb. Vüsal Kərimli isə bildirib ki, parkinqə görə şəhər zonalara bölünəcək, həmçinin müxtəlif saatlara görə tariflər müəyyənləşəcək.
Bəs parkinq xidmətinin hansı qiymət aralığında olacağı gözlənilir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar "Yeni Sabah"a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov qeyd edib ki, tıxacların əsas səbəblərindən biri küçələrdən parkinq yeri kimi istifadə olunmasıdır:
"Aidiyyatı orqanlar şəhərin zonalara bölünməsi və müxtəlif tariflər müəyyən edilməsi ilə bağlı təcrübənin ölkəmiz üçün nə dərəcədə səmərəli olacağını köklü şəkildə araşdırmalıdır. Məsələ burasındadır ki, bizdə qeyri-qanuni park etmə halları, sürücülərin dayanma-durma hallarının pozmaları istənilən halda küçələrdə tıxacın yaranmasına və ya nəqliyyat vasitələrinin sıxlığına səbəb olur. Bir neçə küçəyə nəzər salsaq, görərik ki, bu yolların potensialı o qədər yüksək deyil ki, yolun sağ və sol tərəflərində maşınları saxlamaq olsun və bu da tıxaca gətirib çıxarmasın. Məsələn, Azadlıq prospektindən üzü 28 may metro stansiyasına olan yol 2 və 3 zolaqlıdır. Amma əksər hallarda onun şahidi oluruq ki, yolun sağında və solunda avtomobillər saxlanıldığı üçün sürücülər yalnız bir zolaqla hərəkət etməyə imkan tapırlar. Bu baxımdan qeyri-qanuni parkinq məsələləri ilə mübarizə şəhərdə mövcud olan tıxac problemini həll edəcək vasitədir. Parkinq yerləri olmalıdır. İnsanlar bu imkandan faydalanmalıdır. Yol infrastrukturunun imkan verdiyi yerlərdə yolun bir zolağı park yerləri üçün ayrıla bilər".
Gültən Qədirli
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












