Bakıda PKK simvolu yapışdırılmış maşınlar peyda olub - DYP-dən AÇIQLAMA

Jurnalist Aygün Muradxanlı sosail media hesabında hər kəsin marağına səbəb olan paylaşım edib. O, paylaşımında bildirir ki, Bakıda son 1 həftə ərzində 3 dəfə PKK-nın simvolu yapışdırılmış avtomobillə rastlaşıb.
“Orta sinif köhnə maşınlar idi. Biri Badamdarda, biri Cavid prospektində, digəri isə Bayılda rastıma çıxıb. Əgər küçədə gün boyu heç yarım saat olmayan mən, 3 dəfə görmüşəmsə, demək ki, çoxdurlar. Nə məsələdir? DYP bu simvolu tanımalıdır axı”,- deyə jurnalist bildirir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bizimyol.info-ya bildirib ki, bununla bağlı heç bir informasiya daxil olmayıb. “Nəqliyyat vasitəsinin üzərində PKK-ya məxsus olan simvol vurulubsa, yəqin ki, aidiyyatı üzrə araşdırma aparılacaq. Mən bir vətəndaş, sürücü, yol polisi olaraq hesab edirəm ki, belə hallara yol vermək olmaz”.
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ











