Bakıda səkinin zəbt olunmasına rəsmi qurumdan cavab: “Bloqerdir, tədbir görüləsi məqam yoxdur”

Bakıda mağazalardan birinin satıcısı mallarını səkiyə yığaraq, satışını həyata keçirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, görüntülər metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. Satıcı piyada səkisinin hərəkət hissəsini məhdudlaşdıraraq, mallarını səkiyə düzüb və satıb. Bu isə piyadaların hərəkətinə maneələr yaradıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Nizami rayonunda çəkilən və sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılıb:
“Həmin şəxsin yaxınlıqdakı mağazalardan birində işlədiyi müəyyən edilib və şöbəyə dəvət olunub. O, qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib”.
Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxs videonu qeyri-iş günündə çəkib:
“Video qeyri-iş günü, axşam saatlarında lentə alınıb. Görünür ki, şəxs bloqerdir. Onlayn satış üçün bir-iki dəqiqəlik video çəkib. Məlumatımız olmayıb. Tədbir görüləsi bir məqam yoxdur. Sadəcə, şou çıxarıb”.
Həmin görüntüləri təqdim edirik:
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA











