Bakıda sərt karantinin ilk günü: Polis hər yerə nəzarət edir - FOTO

Daxili işlər orqanlarının əməkdaşları Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti davam etdirir.
AZƏRTAC xəbər verir ki, sərtləşdirilmiş karantin rejiminə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət edilir. Xidməti avtomobillərlə xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verilir.
Polis əməkdaşları, həmçinin avtopatrul və piyada marşrutları ilə də xidmətlərini davam etdirirlər. Paytaxtın müxtəlif ərazilərində qurulan müvəqqəti postlarda yol polisi əməkdaşları avtomobilləri saxlayaraq icazələrinin olub-olmamasını yoxlayırlar.
Sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxslər aşkarlandıqda isə onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd edək ki, i yunun 14-də saat 00:00-da Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi başlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar həmin şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə tərk edə bilərlər. Yaxın qohumların dəfnində iştirak etmək üçün isə icazə Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alına bilər.
Sərt karantin rejimi iyunun 16-sı saat 06:00-dək davam edəcək.
Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT



















