Bakıda taksilərlə bağlı yeni dövr başladı – Qiymətlər isə…

Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında 25 milyon 514 min sərnişin taksilərdən istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalma deməkdir. Statistik məlumatlarda ciddi artım müşahidə olunmasa da, sektorda ümumi durğunluğun olduğu bildirilir. Xüsusilə artan yanacaq, lizinq və texniki xidmət xərcləri taksi fəaliyyətini rentabelli sahə olmaqdan çıxarır.
Yaxın illərdə taksilərə tələbat azala bilərmi? Bu proses qiymətlərə necə təsir edəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müəyyən addımlar atılıb:
“Bu islahatların nəticəsində taksilərin sayı xeyli azalıb. Bakıda təxminən 67-68 min civarında taksi var idisə, indi bunun 40 mini kənarlaşdırılıb. Ola bilər ki, taksilərin 5-10 mini qanunsuz yolla və gizli şəkildə fəaliyyət göstərir. Məsələn, qohum-qonşunu aparıb-gətirir, məhəllələrdə fəaliyyət göstərirlər və sair. Hazırda rəsmi qaydada 27 min qeydiyyatda olan taksi var. Bu göstəricinin gələcəkdə 30-35 minə qalxması gözlənilir. Qiymətlərə gəldikdə, sürücülər aşağı olduğunu desə də, sərnişinlər əksini iddia edir. Ortaq məxrəci tapmaq üçün taksi fəaliyyətindəki qiymətlər tənzimlənməlidir. Bundan sonra haqlı tərəfi müəyyən etmək olar”.
Ekspertin sözlərinə görə, taksi fəaliyyəti üçün ölkəyə yeni avtomobillər gətirilir:
“Eyni zamanda sürücülər də taksi fəaliyyəti ilə məşğul olmaq üçün imtahan verir, sertifikat alır və qeydiyyatdan keçirlər. Bu baxımdan, gələcək illərdə taksilərin sayında artım müşahidə olunacaq. Qiymətlərin yüksəlməsi isə tələbə bağlı olaraq dəyişəcək”.(global.info)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












