Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı DETALLAR AÇIQLANDI

Yollar tikildikdən sonra da bütün bu daşımaları təkcə avtobusların yerinə yetirməsi mümkün deyil. Çünki tələbat çox yüksəkdir və həm də kütləvi daşıyıcıların xidmətlərinin genişləndirilməsi çox vacibdir.
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, burada metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib:
“Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya “Bənövşəyi xətt”in Babək prospektinə qədər və “Yaşıl xətt”in isə metronun “Həzi Aslanov” stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, “Bənövşəyi xətt”in uzadılması, eyni zamanda, metronun “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsini genişləndirəcək və bir daha “20 Yanvar” metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.
“Həzi Aslanov”dan “Yaşıl xətt”in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











