Bakıda üç ildir ki, tikilən hotel 3 günə söküldü - VİDEO

Bakının mərkəzində, Səbail rayonunda 3 ildir ki, tikilən binanın söküntüsünə başlanılıb.
Tavanından zirzəmisinədək sökülən binanın tikintisinə 3 il əvvəl başlanılıb. Lakin sonradan sənədlərinin qaydasında olmadığı üzə çıxıb. Buna görə də Bibiheybət məscidinin yaxınlığında aparılan söküntü işlərinə bir neçə gündür başlanılıb və sürətlə davam edir.
İş icraçılarından söküntü aparılan ərazidə kimsə olmadığından suallarımızı sakinlərə ünvanladıq.
Ərazidə yaşayanlar deyirlər ki, hazırda söküntüsü icra olunan binanın yerində əvvəlcə üçmərtəbəli yaşayış binası olub. Sonra sakinlər burdan köçürülüb və köhnə binanın yerində müasir üslubda otel tikintisinə başlanılıb. Onların iddiasına görə, tikinti normaları pozulub.
Məsələ ilə bağlı Baki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binanın söküntüsü Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin, həmçinin digər aidiyyəti qurumların müraciəti əsasında aparılır. Qeyd olunub ki, bina sürüşmə zonasında bir müddət öncə qanunsuz olaraq inşa edilib. Sürüşmə riskini artırırdığından onun ən qısa zamanda sökülməsi təmin edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirlib ki, orada özbaşına tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından tikinti işləri dayandırılıb və söküntü işlərinə başlanılıb.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












