Bakıda xüsusi karantin qaydalarını pozan sürücü sərxoş imiş - VİDEO

İyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Hərəkətin qadağan olduğu qərar qüvvədə olduğu dəqiqələrdən, paytaxtın küçə və prospektlərində sakitçiliyin höküm sürdüyünün şahidi olduq. Buna baxmayaraq, bu sükutu pozanlar da oldu.
Avtosfer.az xəbər verir ki, Ziya Bünyadov prospektində xüsusi karantin qaydalarını pozan “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Vətəndaşın sənədlərinin yoxlanılması zamanı onun içkili olduğu ehtimalı yaranıb. Sürücü ilə danışıqlar aparılan zaman, həmin şəxs içkili olduğunu etiraf edib.
O, alkoqol sərxoşluğunun təyin edilməsi məntəqəsinə aparılıb. Ekspert onun sərxoş halda sükan arxasında olmasını müəyyən edərək müvafiq akt tərtib edib. Avtomobil evakuator vasitəsi ilə ərazidən evakuasiya edilib.
F.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 211-ci maddələrinə əsasən protokol tərtib edilib. Faktla bağlı araşdırma aparılır.
Operativ Qərargah bir daha vətəndaşları diqqətli olmağa, qoyulan tələblərdə həmrəylik göstərməyə çağırıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












