Bakıda yenidən zəlzələ gözlənilir? - AÇIQLAMA

"Bakı kimi güclü təkan olmayan şəhərdə yenidən zəlzələnin təkrarlanması çətin məsələdir".
Bunu Modern.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev bildirib.
Onun sözlərinə görə, kiçik təkanların olması istisna deyil: “Nisbətən azalmaya doğru gediləcək. Kiçik təkanlar var və olmalıdır. Amma paytaxtda zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Bakının tarixində indiyə qədər dağıdıcı zəlzələ olmayıb. Xırda zəlzələlərin olduğu ərazilərdə güclü təkanların olması yüzdə bir ehtimaldır. Bunun səbəblərindən biri yerin enerjisinin yavaş-yavaş çıxmasıdır. Digər ərazilərdə olan təkanlar da qorxulu hesab edilmir. Seysmoloji xəritələri təhlil edirəm, güclü təkanın olma ehtimalı çox aşağıdır”, - deyə tanınmış seysmoloq vurğulayıb.
O, vətəndaşları təşvişə düşməməyə çağırıb.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xaçmaz, Siyəzən 6 bala Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala gədər hiss olunub.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO












