Bakıdakı bu keçid piyadaları qorxuya salıb - VİDEO

Xətai rayonu, Ukrayna dairəsindəki yerüstü piyada keçidi sakinlərdə narahatlıq yaradıb.
Yağış yağanda bu piyada keçidinin altı üstündən az fərqlənir. Çünki keçidin içərisi də su olur.
Bununla bağlı görüntülər qaynar xəttinə göndərilib. Döşəməsi dəmirdən olan keçidin tavan hissəsindən elektrik naqilləri keçir. Elə sakinlər də daha çox bundan narahatdırlar. Yağış yağanda damcılar o naqillərin üstündən aşağı axır.
Sakinlər bildirdilər ki, yağış şiddətli olduqda içəri daha çox su damır.
Elə çəkiliş edərkən də, məlum oldu ki, piyada keçidinin içərisində bir neçə gün öncə yağmış yağışın qalıqları var.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində olan Xüsusi Təyinatlı Yol İstismar İdarəsindən bildirildi ki, məlumat dəqiqləşdiriləcək və problem aradan qaldırılacaq.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












