Bakının tıxac problemi artıq PİK SAATA baxmır - VİDEO

Tıxaclar artıq paytaxt Bakının qaçılmazı olub.
Əvvəllər iyun ayından yəni məktəblər tətilə bağlanandan sonra yollarda nəqliyyat yükü azalırdı. Amma son illərdə bunu müşahidə etmirik. Əksinə iyul ayı olsa da, paytaxt yollarda günün istənilən saatda tıxaca rast gəlmək mümkündür.
Hər gün daha da dərinləşən bu problem xüsusilə də Bakının giriş və çıxışlarında müşahidə olunur.
Şimaldan Bakı-Sumqayıt şosesi "20 yanvar" dairəsinədək, cənubdan "Azneft dairəsi" və paytaxtətrafı kənd və qəsəbələrdən "Koroğlu" metrostansiyası istiqamətində günün əksər saatlarında uzunmüddətli tıxaclar yaşanır.
“Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində is bu artıq ənənəvi hala çevrilib.”
Təhsil ocaqları, bəzi idarə və təşkilatların əməkdaşları yay tətilinə çıxsalar da sıxlıq hələ də müşahidə edilir.
“Buna səbəb nədir?”
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, tıxacların adi vaxtla müqayisədə yay mövsümündə azalmamasına səbəb avtomobillərin çoxluğudur.
Ekspert deyir ki, ictimai nəqliyyatda vəziyyət ürəkaçan olmadığından insanlar şəxsi avtomobillərə üstünlük verir.
Tıxacdan ən çox əziyyət çəkənlər isə əlbəttə ki, sürücülərdir.
Görünən odur ki, tətil oldu olmadı, bütün saatlarda paytaxtın əsasə küçə və prospektlərində tıxac var.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












