“BakuBus”da sərnişin dövriyyəsi artıb

Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı nəqliyyat islahatları, paytaxtın nəqliyyat sisteminin daha təhlükəsiz, rahat və ekoloji cəhətdən təmiz səviyyəyə çatdırılmasını hədəfləyib. Bu çərçivədə ictimai nəqliyyatın inkişafı, xidmət səviyyəsinin artırılması və ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi əsas prioritetlərdən biridir.
Avtosfer.az xəbər verir ki, həyata keçirilmiş tədbirlər nəticəsində, sərnişinlər ictimai nəqliyyata daha çox üstünlük verməyə başlayıb.
Belə ki, cari ilin ilk beş ayı ərzində “BakuBus” MMC tərəfindən daşınan ümumi sərnişin dövriyyəsi 78,6 milyon nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,1 % artım deməkdir. Eyni dövrdə avtobusların ümumi çıxış sayı 121,693 olmuş, bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 56,6 % artım göstərib.
Şəhərətrafı marşrut xətləri üzrə sərnişin daşımalarında da əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2024-cü ilin ilk beş ayı 14,574,919 nəfər sərnişin daşındığı halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 24,526,734 nəfər olub. Nəticədə, şəhərətrafı sərnişin daşımalarında 68%-lik artım qeydə alınıb.
Bununla yanaşı, şəhərlərarası marşrut xətləri üzrə sərnişin dövriyyəsi də artaraq 110,300 nəfərə çatıb.
Qeyd etmək lazımdır ki, bu artımlarda xüsusi avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi, online idarəetmə sisteminin tətbiqi, eləcə də yaradılmış HUB infrastrukturu şəhərətrafı yaşayış massivləri ilə şəhər mərkəzi arasında səmərəli əlaqə yaradaraq, ictimai nəqliyyata olan etimad və üstünlüyü artırıb.
Cari ildə “BakuBus” MMC-nin prioritet istiqamətləri xidmətin əhatə dairəsinin genişləndirilməsi,xidmət keyfiyyətinin artırılması,sərnişin məmnunluğunun yüksəldilməsi,ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin tətbiqi,və təhlükəsizliyin daha da artırılması yer alır. Bununla yanaşı ictimai nəqliyyatda əlçatanlığın daha da artırılması istiqamətində tənzimləyici orqan ilə səmərəli əməkdaşlıq həyata keçirilməkdədir.

Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












