Balakəndə karantin qaydalarını pozanlar cərimələnib - FOTO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdirilib, onların barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu, eləcə də həmin obyekt sahibləri tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilib-edilməməsi yoxlanılıb. Yoxlamalar zamanı bir neçə obyektdə xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb.
Mağazalarda və digər qapalı obyektlərdə də tibbi maskadan istifadə tələbini pozan şəxslərə gəlinib, onlarla profilaktik söhbət aparılıb və ümumilikdə keçirilən tədbir zamanı 23 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
















