Balakəndə qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb edilib

Dxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub.
Həmçinin, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə eyni gündə keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənara atan, eləcə də şəhərin abadlaşdırma qaydalarını pozan şəxslər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Balakən rayonunda cari il ərzində qeyd olunan qayda pozuntuları ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan 218, İXM-nin 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsinin tələblərinə əməl etməyən 90 və 396-cı (şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması) maddənin tələblərini pozan 42 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












