Başı bəlalı Cantəpə yolu - Cana doymuş sakinlər

Bura Masazırın Cantəpə deyilən ərazisidir. Daha dəqiqi Masazır qəsəbəsi Mirzə Ələkbər Sabir küçəsidir.
O küçə ki, illərdir bəxti açılmır, illərdir yolları asfalt üzü görmür. Neçə icra başçıları gəlib-gedib, amma sözügedən küçənin yolları düzəldilmir ki, düzəldilmir. Bu yaxınlarda Abdin Fərzəliyev Abşerona İcra başçısı təyin ediləndə sevindik.
Düşündük ki, müəllim bəlkə illərdir asfalt üzü görməyən yola bir əncam çəkə. Bir gün səhər oyandıq və həqiqətən də yollarımızın təmir olunduğunu gördük. Amma nə yazıq ki, yolu çəkənlər küçəyə sadəcə torpaq töküb, bununla da işlərini bitmiş hesab edib, yoxa çıxdılar.
Bundan sonra avtomobil sürücülərinin əvvəlki vaxtlarla müqayisədə işləri asanlaşsa da, indi də sakinlərin işi çətinləşib. Belə ki, indi maşınlar hərəkət edəndə A.Fərzəliyevin çəkdirdiyi yoldan bir toz qalxır ki, elə bil Ərəbistan çöllüyüdür. Bir sözlə müəllim qaş düzəltmək istərkən, vurub göz çıxarıb desək lap yerinə düşər. Toz-torpaqdan cana doymuş sakinlərin eləsi var ki, artıq evi satışa çıxarıb, iranlılar demiş "rədd olub" getmək istəyir.
Mənimlə danışan sakinlərdən eləsi var ki, hətta evi dəyər-dəyməzinə də olsa satıb, Cantəpədən canını qurtarmaqda qərarlıdır. Halbu ki, deyir ki, bura gələndə çox böyük ümidlərlə, həvəslə gəlmişdi. İndi isə içində böyük ümid qırıqlığı var. İllərdir asfaltlanmayan yollardan cana doyan sakinlər indi də hər gün toz udmaqdan beziblər. Tozun dərdindən yayın bu istisində nə həyətlərinə düşə bilmirlər, nə də evlərinin pəncərəsini açmırlar.
Küçədəki mağazaların satıcıları da tozun əlindən qan "ağlayır". Deyirlər ki, toza görə, əksər hallarda küçəyə qoymalı olduqları meyvə-tərəvəzləri ya yol kənarına yığa bilmirlər, ya da üzərlərini bağlayırlar. Belə olan halda da müştərilər mağazada nə satıldığını demək olar ki, heç görmürlər. Bu da istər-istəməz onların satışına mənfi təsir göstərir.
Elə bu səbəbdəndir ki, bəzi mağazalar bir müddətdən sonra bağlanır. Bir sözlə Cantəpə deyilən ərazi el dilində desək sakinlər, o cümlədən mağaza sahibləri üçün də artıq bir "balota"ya çevrilib. Görünən odur ki, yollar düzəlməsə, nə burda insan qalmayacaq, nə də mağaza olmayacaq. Amma ümid ən sonda ölür, ümid edək ki, nə vaxtsa bu yolun da başı üzərindən qara buludlar çəkiləcək, Cantəpə də inkişaf edəcək, çiçəklənəcək.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










