Bayram namazının VAXTI AÇIQLANDI

Qurban bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-u, yəni mayın 27-nə təsadüf edir. Bu barədə Avtosfer.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, bütün məscidlərdə bayram namazı mayın 27-də qılınacaq.
"Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən etibarən üç gün müddətində qurban kəsimini həyata keçirmək olar. Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət yetirilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir. Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər. Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın", - məlumatda qeyd olunub.
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?












